Azərbaycan sərhədçiləri İran dənizçilərini xilas etdi

Azərbaycan sərhədçiləri İran dənizçilərini xilas etdi
 

Bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Sfera.az DSX-nın Mətbuat mərkəzinə istinadən bildirir ki, cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən "Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.


OXŞAR XƏBƏRLƏR