\"Azərbaycan Sənaye Bankı\" zərər hesabatını gizlədir? - FOTO

\
"Azərbaycan Sənaye Bankı” (ASB) 2020-ci ilin 4-cü rübünə olan mənfəət və zərər hesabatını gizlədir.

Sfera.az  xəbər verir ki, "ASB”nin cəmi aktivləri 2020-ci ilin sonunda 911 milyon 504 min manat edib ki, bu da 2019-cu ilin sonu ilə müqayisədə 73 milyon 647 min manat və ya 7.5% azdır.  

Cəmi aktivlərin 1 il ərzində 7.5% azalmasının əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 1 il ərzində 14 milyon 241 min manat və ya 4.3% azalaraq 310 milyon 829 min manata düşməsidir.

Bundan başqa müştərilərin bankda olan depozitləri də 75 milyon 195 min manat və ya 10.5% azalaraq 639 milyon 932 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin azalmasına səbəb olub. Belə ki, bankın cəmi öhdəlikləri 1 il ərzində 78 milyon 140 min manat və ya 8.9% azalaraq 807 milyon 359 min manata enib.

2020-ci ilin 4-cü rübündə "ASB”nin cəmi kapitalı 104 milyon 144 min manat olub.

Qeyd edək ki, sözügedən bank 2020-ci ilin yekununda mənfəət və zərər maddəsini rəsmi saytından (www.asb.az) silib.
 
(valyuta.az)

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...