No Image
No Image
No Image

Azərbaycan Rusiyaya nota verdi: "Münasibətlər pisləşməyə istiqamətlənir..."

Azərbaycan Rusiyaya nota verdi:

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Rusiyaya nota verib.


Azərbaycanın Rusiyadakı Səfirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Vilati Milonovun Azərbaycanın işğal altındakı ərazilərinə ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərini pozaraq qanunsuz səfər etməsi ilə bağlı Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.


Notada qeyd olunub ki, bu il oktyabrın 16-da Vitali Milonov separatçı rejimin rəhbəri ilə görüşüb və Azərbaycanın Dağlıq Qarabağ regionundakı vəziyyətin daha da gərginləşməsinə istiqamətlənən olduqca təxribatçı bəyanatlar verib.

 

Bundan əlavə, notada Rusiya Federasiyası Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətlərinin həm Azərbaycan ictimaiyyətinin, həm də Rusiyadakı çoxmilyonlu Azərbaycan icmasının haqlı qəzəbinə səbəb olduğu və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinə istiqamətləndiyi göstərilib. (apa.az)

OXŞAR XƏBƏRLƏR

“Ermənistan işğal etdiyi əraziləri tərk edəcək! Bu qədər sadə” – Türkiyənin müdafiə naziri

"30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatın...

Prezident Mehriban Əliyevanın vəzifə təyinatı haqda: “Onu inandırmaq üçün…”

"Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hö...

“Əlimdə mikrafon, çiynimdə isə doğmamın cəsədi vardı...” - Jurnalistin cəbhə qeydləri

Sentyabrın 27-də cəbhədə vəziyyət gərginləşəndən döyüş xəbərləri barədə KİV nümayəndələrinin vasitəsi ilə məlumat alırıq. Bir aya yaxındır ki, qaynar n...

Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı

Artıq "Madrid prinsipləri” "Qarabağ prinsipləri”lə əvəzlənməlidir. Bu sözləriSfera.az-a açıqlamasında Azərbaycan Ordusunun şanlı qələbələri fonunda münaq...

Paşinyanın axmaqlığı, Minsk Qrupunun susqunluğu və... - Ermənistanın dağılan tifaqı

Ötən gün Ermənistan baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını bəyan etdi. Bu açıq şəkildə Dağlıq Qarabağ mü...

Paşinyan Azərbaycanla danışıqlardan imtina etdi: "Diplomatik həll yoxdur..."

Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur. Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi can...