Azərbaycan Rusiyadan yeni silah və döyüş texnikası alacaq

Azərbaycan Rusiyadan yeni silah və döyüş texnikası alacaq
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.

Görüşdə iki ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsi, Rusiyanın hərbi məktəblərində kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.

Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe Azərbaycanla Rusiya arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.



OXŞAR XƏBƏRLƏR

Şüvəlanda yol qəzası - xəsarət alanlar var

  Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Şüvəlan qəsəb...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - BU GÜN SAAT 11:00-DAN...

Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsi...

Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.   Sfera.az bildirir ki, bunu qa...

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...