Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirildi

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirildi
Oktyabrın 14-də Minsk şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub.

XİN-dən Sfera.az verilən məlumata görə, görüşdə C.Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib. Nazir 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuz ifadə edilib. Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

C.Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusunu qeyd edərək, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib.

Nazir həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə də danışıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilandan paylaşım edib. Sfera.az xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əl...

İranın Azərbaycan əleyhinə təbliğat maşını – VİDEO

Aylarla davam edən gərginlikdən sonra İran hökuməti nəhayət bu ölkənin yük maşınlarının Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ regionuna qeyri-qanuni səf...

Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışdı

23 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdulla...

Arutyunyan Moskvadadır? - Səfirlikdən açıqlama

Cari ilin 23 oktyabr tarixində bəzi sosial şəbəkələrdə Araik Arutyunyanın Moskvada olduğu və burada Rusiya Federasiyasının rəsmiləri ilə görüşlər keçirərək regi...

Azərbaycan XİN Macarıstanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Macarıstanın milli bayramı münasibətilə "Twitter”də paylaşım edib. Sfera.az xəbər verir ki, paylaşımda deyilir: "M...

İrəvan Bakını Moskva-Pekinlə üz-üzə qoymağa çalışıb?

Bəzi qüvvələr hələ də bu üsullar üzərində çalışırlar. Lakin gəlin hər şeyi ardıcıl nəzərdən keçirək. 2021-ci il oktyabrın 11-də thomsonadam.co.uk internet resur...