Azərbaycan Qran-prisini bu yarışlar əvəzləyə bilər

Azərbaycan Qran-prisini bu yarışlar əvəzləyə bilər
 "Formula 1" üzrə dünya çempionatının cari mövsümündə ləğv olunan Azərbaycan, Sinqapur və Yaponiya Qran-prilərini Avropadakı yarışlar əvəzləyə bilər.

Sfera.az report-a istinadən xəbər verir ki, Almaniyanın Hokkenhaym və İtaliyanın Mucello avtodromlarının hərəsində iki mərhələlənin təşkili nəzərdə tutulur.

Bu varianta razılıq verilsə, Almaniya Qran-prisi sentyabrda baş tutacaq. Həmin aya Kanada mərhələsinin salınması da gündəmdədir. İtaliya da yarışı sentyabrda qəbul etməyə hazırdır.

Təqvim təsdiqlənəcəyi təqdirdə, "Formula 1" təşkilatçıları Rusiya Qran-prisini oktyabra təxirə salacaqlar. Hələlik bu yarışın ləğvindən söhbət getmir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli olsa da, qeyri-müəyyən müddətədək təxirə salınmışdı. Bu gün isə yarışın ləğv olunduğu açıqlanıb.

OXŞAR XƏBƏRLƏR