Azərbaycan Qətəri də məğlub edə bilmədi

Azərbaycan Qətəri də məğlub edə bilmədi
Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Sfera.az  xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan və litvalı FIFA referisi Donatas Rumşas idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 23-ci dəqiqədə Almez Əli fərqlənib. 37-ci dəqiqədə Emin Mahmudov özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib. İlk hissə qarşılıqlı qollarla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan Azərbaycan millisi 67-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Mahmudov özünün və komandasının 2-ci qoluna imza atıb. Yeri gəlmişkən, bu, 29 yaşlı yarımmüdafiəçinin yığmadakı 8-ci qolu olub. Matçda son nöqtəni isə Qətərin heyətində Almez Əli qoyub. 25 yaşlı hücumçu 78-ci dəqiqədə dublunu rəsmiləşdirib.

Qeyd edək ki, Azərbaycan millisinin 2021-ci ildəki son oyunu olub.

OXŞAR XƏBƏRLƏR

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhumə II Fəxri xiyabanda torpağa tapşırılıb.   **...

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....