“Azərbaycan PUA-ları Ermənistanda uçuşlar həyata keçirmir”
23:40 / 23.10.2020
2497
"Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir".
Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır. Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir", - deyə məlumatda qeyd olunub.