Azərbaycan Prezidentinin xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı sirli mesajı VİDEO

Azərbaycan Prezidentinin xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı sirli mesajı VİDEO
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.

Prezident burada televiziya jurnalistlərinə geniş müsahibə verib. Həmin müsahibədə o, ölkə iqtisadiyyatı, Dağlıq Qarabağ məsələsi, Ermənistanın yeni müharibə hazırlıqları, yeni təxribatları ilə bağlı məsələlərə xüsusi yer ayırıb. Müsahibə ölkə ictimaiyyəti və siyasi düşərgələr tərəfindən böyük maraqla qarşılanıb. Media da bu ictimai marağı və əhəmiyyəti nəzərə alaraq dövlət başçısının müsahibəsinə geniş yer verməkdədir.

Prezident İlham Əliyevin hadisə xarakterli müsahibəsində bir məqam diqqətimizi çəkdi. Fikrimizcə, burada Prezident Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti haqqında şifrəli mesaj verib. O həm ictimaiyyətə, həm də opponentlərinə - düşmənlərimizə xitabən "Biz bilirik, bizim ətrafımızda nələr baş verir, bizim xüsusi xidmət orqanlarımız çox səmərəli işləyirlər", - deyib.

Videodan da göründüyü kimi, bu ümumi ismarıcdan sonra Prezident "...bundan artıq deyə bilmərəm", - deyə, sirli şəkildə gülümsəyir və qalib əda ilə başqa mövzuya keçir...

Burada həm dosta, həm də düşmənə verilən, hər kəsin öz payını götürə biləcəyi önəmli mesajların olduğu şübhəsizdir. Prezident öz iqtidarının mühüm bir elementini təsadüfən bu cür səxavətlə tərifləməz. Önəmli bir fəaliyyət, xüsusi bir nəticə olmasaydı, ondan razılığını bu cür açıq ifadə etməzdi.

Regiondakı gərgin vəziyyət, son aylarda Ermənistan silahlı qüvvələrinin aktivləşməsi və bəzi dövlətlərin Azərbaycanla bağlı oyunları fonunda Prezidentin bu mesajları nələrdən xəbər verir? Onun demədikləri hansı gələcək hadisənin anonsudur? Təqdim edəcəyimiz videoda bu və digər suallara cavab tapmaq mümkün olmayacaq. Lakin həmin mühüm məqamla ayrıca tanış olmaq imkanınız var.

Müsahibənin sözügedən hissəsini oxuculara təqdim edirik:

 
 

 
 
 
 
 
00:02
00:17
 
 

 

 

(musavat.com)


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...