Azərbaycan Prezidentinin BMT-nin yubileyi münasibətilə çıxışı ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir

Azərbaycan Prezidentinin BMT-nin yubileyi münasibətilə çıxışı ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir
 Ermənistan və onun rəhbərliyi hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlar prosesini pozmağa çalışır, münaqişənin sülh yolu ilə həllini istəmir. Çünki indiyədək müvafiq beynəlxalq qurumlar və təşkilatlar tərəfindən onlara "dur” deyən yoxdur. Törətdiyi təxribatlara görə cəzalandırılmayan Ermənistan hakimiyyəti öz işğalçılıq siyasətini davam etdirir. Paşinyan hökumətinin münaqişənin tənzimlənməsi ilə bağlı heç bir mexanizmi, heç bir fəaliyyəti yoxdur və ümumiyyətlə, bu barədə düşünmək belə istəmir. Belə olan halda, Azərbaycan öz haqqını tələb etməyə məcburdur. Çünki ölkəmizin ərazisinin 20 faizi otuz ildən artıqdır ki, ermənilər tərəfindən zəbt edilib və burada qanunsuz məskunlaşma siyasəti aparılır. Prezident İlham Əliyev də vurğuladığı kimi, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

Sfera.az xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

E.Allahverdiyev diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti çıxış və iştirak etdiyi yüksək tribunalardan hər zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəal siyasət aparır. Dövlətimizin başçısının dünyanın ən böyük təşkilatı olan BMT-nin 75 illiyi münasibətilə Qoşulmama Hərəkatının sədri kimi 120 ölkə adından çıxışı ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir.

Deputat xatırladıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fəaliyyətini Bandunq prinsipləri – dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi üzərində qurub. Qəbul edildiyi gündən Bandunq prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri soyuq müharibə dönəmində istiqamətləndirib. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir. Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurması, quruma sədrliyi dövründə keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti aparmasını beynəlxalq hüquqa zidd olduğunu vurğulayan deputat bildirib ki, bu azmış kimi, işğalçı ölkə həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidləri məhv edir, özününküləşdirir. Faşist ideologiyasına xidmət edən Ermənistanda Azərbaycanafobiya siyasəti hökm sürür və bu ölkədə gənc nəslə xalqımıza qarşı nifrət aşılanır.

"Dağlıq Qarabağ qədim, əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Xalqımız səbirsizliklə işğal altındakı torpaqlarımızın azad olunmasını gözləyir. Erməni təxribatlarının qarşısını almaq üçün xalq-iqtidar, xalq-ordu birliyi güclü olmalıdır. Bu gün cəmiyyətimizdə yüksək əhval-ruhiyyə var. Xalqımız heç vaxt işğalla barışmayıb və bu gün də barışmır. Səbir kasası dolan Azərbaycan xalqı problemin müharibə yolu ilə olsa da, həllini istəyir. Azərbaycanda xalq-iqtidar arasında güclü birlik var. Məhz bu birlik sayəsində biz haqqımız olanı geri qaytaracağıq”,- deyə deputat fikirlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...

Məşhur müğənninin konsetində DAVA DÜŞDÜ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin konsertində dava düşüb.   Sfera.az xəbər verir ki, müğənninin “Cratos Casino”da verd...

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solid...

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...