Azərbaycan Prezidenti: Peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq

Azərbaycan Prezidenti: Peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq
 Peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu, elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs - yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma, baxın, indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Bu, belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə, bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi də daha asan olacaqdır.

Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik".

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - FOTO

 Müdafiə nazirinin tapşırığına əsasən, avqustun 9-da Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Müd...

Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - VİDEO

 Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib. Bu barədə Sfe...

Rəsul Quliyev Milli Şuranı yıxdı-sürüdü: “Ağ etmək olmaz”

 "Azərbaycanda müxtəlif adlar altında çoxlu qurumlar var. Onlardan biridə Milli Şura adlandırılır. 2013-cü il prezident seçkilərinə hazırlıqda 10-a yaxın t...

Ermənilərin soydaşlarımıza qarşı cinayətləri Xorvatiya mətbuatında

 Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Könül Nurullayeva Xorvatiya mətbuatı vasitəsi ilə beynəl...

Deputat: “Pandemiya sosial layihələrin icrasını ləngitməyib”

 "Koronavirus pandemiyası başqa ölkələrin iqtisadiyyatına olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq ölkəmizdə əvv...

Baş nazir təcili iclas keçirdi: Koronavirusla bağlı yeni tapşırıqlar verildi

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin g...