Azərbaycan Prezidenti: Gəl bizimlə təkbətək vuruş, baxaq görək bunun axırı nə olacaq

Azərbaycan Prezidenti: Gəl bizimlə təkbətək vuruş, baxaq görək bunun axırı nə olacaq
 Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq".

OXŞAR XƏBƏRLƏR

Baş nazir təcili iclas keçirdi: Koronavirusla bağlı yeni tapşırıqlar verildi

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin g...

Azərbaycan Prezidenti: Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı

 Ermənistanın hünəri varsa, tanısın "Dağlıq Qarabağ respublikası”nı. Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Balakən regional "ASAN xidm...

DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi

 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz ...

Təzə deputatın paylaşdığı bu foto tənqid olundu – Zülümovsayağı...

 Son günlər mətbuatda və sosial şəbəkəlrdə bəzi köhnə və yeni deputatların belə demək mümkünsə, konfliktinə, bir-birinin ünvanına yönələn atmacalarına rast...

Prezident onları təltif etdi — SİYAHI

 Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.  Sfera.az xəbər verir ki, sərəncamla dövlət qulluğ...

Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?

 Bu gün Milli Məclisin deputatları təcili olaraq parlamentə çağırılıb.  Sfera.az xəbər verir ki, hazırda deputatlar Milli Məclisin binasında COV...