Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu təkrarlandı

Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu təkrarlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun 4 oyunundan üçündə heç-heçə qeydə alınıb.

Sfera.az-ın məlumatına görə, yalnız "Qarabağ” "Sumqayıt”ı 4:1 hesabı ilə üstələyib.

"Zirə” – "Keşlə” və "Səbail” – "Sabah” oyunlarında hesab açılmayıbsa, "Qəbələ” – "Neftçi” görüşündə 4 qol vurulub – 2:2. Dörd matçda üç heç-heçənin qeydə alınması 8 komandanın mübarizə apardığı son 5 mövsümün rekordunun təkrarıdır.

Bu müddətdə 9-cu dəfə belə hadisə yaşanır. Cari mövsümdə isə ikinci dəfə 3 heç-heçəyə təsadüf olunub. İlk belə hal XI turda gerçəkləşmişdi. // PFL

OXŞAR XƏBƏRLƏR