Azərbaycan Premyer Liqası: "Zirə" səfərdə "Səbail"ə qalib gəldi

Azərbaycan Premyer Liqası:
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Sfera.az məlumatına görə, günün ikinci matçında "Səbail" "Zirə"ni qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 16-cı dəqiqədə "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkov Camal Araqonun səhvindən sonra hesabı açıb. 26 yaşlı forvard 40-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

5 dəqiqə sonra Yurgen Qoca hesab arasındakı fərqi azaldıb. İkinci yarıda komandaların bir neçə cəhdi olsa da, görüşdə başqa qol vurulmayıb.

Qələbə sayəsində xallarının sayını 8-ə çatdıran "qartallar" üçüncü pilləyə yüksəlib. "Dənizçilər" isə 6 xalla 4-cü sıradadır.

Qeyd edək ki, günün ilk oyununda "Qarabağ" səfərdə "Keşlə" ilə heç-heçə edib - 1:1. Tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR