Azərbaycan planşet istehsal edəcək
15:27 / 19.09.2016
1027
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən "AG Microelectronics" istehsal etdiyi məhsulların çeşidini genişləndirir.
Sfera.az APA-ya istinadən xəbər verir ki, şirkətin baş direktoru Mixail Qlonti bildirib ki, 2017-ci ilin ikinci yarısında müəssisədə "Android" əməliyyat sistemi üzərində qurulmuş planşetlər istehsal olunacaq: "Hazırda biz bu layihənin üzərində işləyirik. Bu, bir qədər vaxt aparan layihədir. Böyük ehtimalla, gələn ilin ikinci yarısında artıq ilk məhsul istehsal olunacaq".
Qeyd edək ki, "AG Microelectronics" şirkətinin əsasını Azərbaycan-Gürcüstan birgə müəssisəsi olan "AG Telekom" qoyub.