Azərbaycan Ordusunun yanğından mühafizə komandalarının toplanışı keçirildi - FOTOLAR

Azərbaycan Ordusunun yanğından mühafizə komandalarının toplanışı keçirildi - FOTOLAR
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin qərarı ilə təsdiq edilən müvafiq təlimata uyğun təşkil olunan toplanışda heyət üçün "Əlverişsiz şəraitlərdə yanğınların söndürülmə xüsusiyyətləri” mövzusunda məşğələ keçirilib.

Hərbi hissələrin yanğından mühafizə xidməti və yanğından mühafizə komanda rəislərinin, həmçinin yanğından mühafizə üzrə müfəttişlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələdə aşağı temperaturlarda, su çatışmazlığı, güclü külək və tüstülənmə zamanı yanğınların söndürülməsinə dair suallar müzakirə edilib.

Sonra "Tam döyüş açılışı” mövzusunda praktiki məşğələ keçirilib. Məşğələnin şərtlərinə görə şəxsi heyət həyəcan siqnalı ilə şərti yanğın komandasını icra edib. Şərti yanğın yeri, əşya-əmlak saxlancı təyin olunub. Şərti yanğının söndürülməsi tapşırığı müvəffəqiyyətlə icra edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Millət vəkili Könül Nurullayeva uşaq-gənclər inkişaf mərkəzlərinə baş çəkdi - FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonu ərazisində yerləşən 3 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərini ziyarət edib. D...

Azad edilən ərazilərdə yeni hərbi obyektlər istifadəyə verildi - FOTOLAR + VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş haz...

Pekres Laçın dəhlizindən necə keçib? - Qarabağa qanunsuz səfər edən Fransa prezidentliyinə namizədlə bağlı şok faktlar

Xankəndinə qanunsuz səfəri ilə Azərbaycan ictimaiyyətinə adını mənfi mənada tanıtdırmağı bacaran Fransa prezidenliyinə namizəd Valeri Pekreslə bağlı maraqlı det...

Bakının bu rayonunda yaşayış binaları sökülür - FOTOLAR

Bakının Nizami rayonunda bəzi yaşayış binalarının sökülməsinə başlanılıb. Sfera.az xəbər verir ki, bunlar Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçə...

Azərbaycan Ordusunun bölük komandirləri ilə təlim toplanışları keçirildi - FOTOLAR + VİDEO

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib. Bu barədə Sfera.az-a Müda...

Azərbaycan Ordusunun həlak olan hərbçisi Şəkidə dəfn edildi - FOTOLAR

Azərbaycan Ordusunun həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Məmmədli Şəki rayonunda dəfn edilib. Sfera.az xəbər verir ki, ...