No Image

Azərbaycan Ordusunun gücünə dost baxıb sevinir, düşmən isə kədərlənir - Deputat

Azərbaycan Ordusunun gücünə dost baxıb sevinir, düşmən isə kədərlənir - Deputat
 Ordumuzun hərbi potensialı yüksəkdir. Vaxtilə adi bir gülləni də xaricdən alan dövlət bu gün artıq onun ixracını da bacarır.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, əvvəllər əsgərlər müxtəlif işlərə cəlb olunurdu, lakin son 10 ilə nəzər salsaq, görərik ki, əsgərin işi sadəcə, Vətənə xidmət etməkdir:

"Biz həm səhra, həm də dağlıq ərazidə döyüş taktikasını öyrənməli olduq. Bu gün NATO standartlarına uyğun olan ən döyüşkən ordulardan biri Türkiyə ordusudur və biz onlarla birgə təlim keçirə bilirik. Bu da onu göstərir ki, kadr potensialımız çox yüksəkdir. Moskvada keçirilən "Tank biatlonu” müsabiqəsində ölkəmizin 4-cü olmağı böyük əhəmiyyət kəsb edir. Bu nəticəni qazanmaq bizim ciddi kadr hazırlığımızı göstərir. Azərbaycan Ordusunun gücünə dost baxıb sevinir, düşmən isə kədərlənir”.

A.Nağıyev bildirib ki, hazırda ölkəmizin hərbi sənaye kompleksi də sürətlə inkişaf edir. Biz təkcə silah alan dövlət deyilik, həm də silah ixrac edən dövlətik:

"Vaxtilə adi bir gülləni də xaricdən alan dövlət bu gün artıq onun ixracını da bacarır. Azərbaycan Ordusuna ayrılan vəsait Ermənistanın ümumi büdcəsinə bərabərdir. Bu da Azərbaycan Ordusunun gücünü şərtləndirən səbəblərdən biridir”. (trend)

OXŞAR XƏBƏRLƏR

Prezident yerli telekanallara müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Sf...

BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi qaldırıldı

 Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb....

Natiq Cəfərli: O Azərbaycanda media və QHT sistemini bərbad hala salan adamlardandır

Əli Həsənov uzun illər Azərbaycanda media və qeyri-hökumət təşkilatlarında bərbad vəziyyətin yaranmasında rolu olan şəxslərdəndir Bu sözləri Sfera.az-a...

Prezident Şahin Mustafayevə yeni vəzifə verdi - SƏRƏNCAM

  Prezident İlham Əliyev "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” A...

İlham Əliyevdən yeni SƏRƏNCAM

  Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirl...

“Əli Həsənovun FETO ilə birbaşa əlaqələri olub” – Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu mənada Türkiyə mətbuatında Əli Həsənovla dərc edilən məlumatları təsdiqləyib: "Əli Həsənovun...