Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradıldı - FOTOLAR + VİDEO

Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradıldı - FOTOLAR + VİDEO
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni yaradılan əməliyyat (komando) hərbi hissəsində şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimində iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin abidəsi önünə əklil qoyularaq xatirələri hörmət və ehtiramla anılıb.
Müdafiə naziri beretlərin təqdim edilmə mərasiminə dəvət olunan Vətən müharibəsi iştirakçıları ilə görüşərək onların problemləri və istəkləri ilə maraqlanıb.

Sonra şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.

Mərasimin açılışında ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

"Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirənlərə beretlər təqdim olunduqdan sonra şəxsi heyət "Komando andı”nı qəbul edib.

Mərasimdə çıxış edən müdafiə naziri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan "Komando hazırlığı” kurslarının əhəmiyyətini xüsusi vurğulayaraq şəxsi heyətə xidmətlərində uğurlar arzulayıb. Müdafiə naziri şəxsi heyətə Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni döyüş tapşırıqlarının icrasına hər an hazır olmaları barədə müvafiq göstərişlər verib.

General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, eləcə də hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqları yüksək qiymətləndirdiyini bildirib.

Komandolar üçün hazırlanmış xüsusi idman şəhərciyi ilə tanış olan müdafiə naziri əməliyyat qruplarının fiziki hazırlıq üzrə nümunəvi çıxışlarını izləyib.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov şəhid ailələri ilə görüşdü - FOTOLAR + VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Sfe...

Azərbaycan Ordusunda daha bir komando hərbi hissəsi yaradıldı - FOTOLAR + VİDEO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da artırılması isti...

Şuşada “Nə oldu, Paşinyan?!” deyən aktyor kimdir?

Xəbər verdiyimiz kimi, Türkiyənin reytinqli "Eşkiya dünyaya hükümdar olmaz” serialında İlyas obrazı ilə məşhurlaşan aktyor Ozan Akbaba Şuşaya səfər edib. O, Elş...

İranda 17 mərtəbəli yaşayış binası yandı - FOTO/VİDEO

İranın şimalında yerləşən Mazandaran vilayətinin Çalus rayonunda 17 mərtəbəli yaşayış binası tamamilə yanıb. Sfera.az-ın məlumatına görə, bu barədə İran m...

Zəfər Günü münasibətilə fləşmob keçirildi - FOTOLAR+VİDEO

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə fləşmob keçirilib. Sfera.az  xəbər verir ki, fləşmob Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə təşkil...

Körpələr evində Zəfər bayramı - FOTOLAR - VİDEO

Bu gün Nərimanov rayonu 69 №-li körpələr evi-uşaq bağçasında Zəfər bayramı münasibəti ilə tədbir keçirilib. Sfera.az xəbər verir ki, tədbir iştirakçıların...