Azərbaycan onların adını "arzuolunmaz şəxslər" siyahısından çıxardı

Azərbaycan onların adını
 

Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adlarının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş ediblər.

Sfera.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məktublarında Ji Sun Kim, Lee Soo Jeong və Mun Kyeong Won Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiklərini bəyan edir və işğal olunmuş ərazilərə sözügedən səfərləri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadıqlarını bildirirlər. Həmçinin müraciətlərində onlar, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqlarını və gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəklərini qeyd ediblər.

Cənubi Koreya Respublikasının vətəndaşlarının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

Müdaifə nazirinin yeni müavini kimdir? - DOSYE

 Xəbər verdiyimiz kimi, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi v...

SON DƏQİQƏ! Azərbaycanda daha bir telekanalın işçiləri koronavirusa yoluxdu

  Dünyada yaşanan COVID-19 pandemiyası təhlükəsi ölkəmizdə də davam etməkdədir. Bugünədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları ara...

Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır

  Koronavirus pandemiyası insanların sağlamlığına təhlükə yaratmaqla yanaşı, tarixin ən böyük iqtisadi böhranını yaşatmaqdadır. Bu böhran turizm, geyim, a...

Qarabağ qazisi: “Azərbaycan Ordusu hər gün daha da güclənir”

  "Mən bir Qarabağ qazisi kimi ordumuzun hər gün müxtəlif formada gücləndiyinin şahidi oluram". Bunu "MediaPost"a açıqlamasında "Xocalı Soyqırımını ...

Prezident fərman imzaladı

  Prezident İlham Əliyev "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20...

Azərbaycanda məşhur insanların prokuror övladları - SİYAHI

  Bildiyimiz kimi, 2000-ci ildən Azərbaycanın Baş prokuroru vəzifəsini icra edən Zakir Qaralov bu ilin aprel ayında tutduğu vəzifədən ayrılıb və Baş proku...