Azərbaycan neftinin qiyməti 56 dollara düşdü

Azərbaycan neftinin qiyməti 56 dollara düşdü

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Sfera.az bildirir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 0,72 dollar geriləyərək 52,71 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barelinin qiyməti isə 0,73 dollar ucuzlaşaraq 48,02 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,19 dollar geriləyərək 56,40 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.


OXŞAR XƏBƏRLƏR