“Azərbaycan Naxçıvana yol istəyirsə…” – Ermənistan TŞ-nın katibi əvəzində bu yolu istədi

“Azərbaycan Naxçıvana yol istəyirsə…” – Ermənistan TŞ-nın katibi əvəzində bu yolu istədi
Ermənistan və Azərbaycan bu iki respublikanın və Rusiyanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupu çərçivəsində Azərbaycan tərəfinə Ermənistandan keçməklə Naxçıvana avtomobil yolunun ayrılması imkanları müzakirə olunur. virtualaz.org xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün yerli İctimai televiziyaya müsahibəsi zamanı belə deyib.

Və Armen Qriqoryan Ermənistanın Azərbaycana belə yol ayırmağa hazır olduğunu bildirib. "Əgər Azərbaycan ancaq Naxçıvana yol istəyirsə o zaman Xındzoresk (Zəngəzurun indiki Ermənistan ərazisində yerləşən, Gorus rayonuna aid olan Xinzirək kəndi,-red.)-Biçənək (Şahbuz rayonunun Biçənək kəndi,-red.) yolundan istifadə etmək məqsədəuyğundur. Bunun əvəzində biz Xindrozesk-Horadiz yolundan istifadə imkanı əldə edirik. Lakin bu məsələlər hələ müzakirə olunur”,-o deyib.

Bəs Xinzirək-Biçənək yolu nədir, haradan keçir? Bu yol Zəngəzur dəhlizi olaraq Azərbaycan üçün nə dərəcədə məqbul ola bilər?

Sfera.az qeyd edir ki, söhbət hələ sovet dövründə mövcud olan avtomobil yolunun bir hissəsindən gedir. Bu yol Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsindən başlamaqla  (Bəhramtəpə-Horadiz yolu)  və Qubadlıdan keçməklə (Zəngilana daxil olmadan) Laçın şəhərinə, oradan Ermənistanın Gorus rayonunun Tex və Xinzirək kəndlərinə aparır, daha sonra Gorus şəhərinin yaxınlığından keçərək Naxçıvanın Şahbuz rayonuna, Biçənək kəndinə (Biçənək aşırımından keçməklə) birləşir. Daha sonra həmin yolla Şahbuz rayon mərkəzindən  keçməklə Naxçıvan şəhərinə getmək olar.

Başqa sözlə, indiki halda erməni tərəfinin təklif etdiyi bu yoldan istifadə etmək üçün əvvəlcə  Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi zolağına daxil olmaq, oradan isə Ermənistanın Gorus rayonu ərazisindən keçməklə  Şahbuza getmək lazım gəlir. Azərbaycan isə Zəngəzur dəhlizi olaraq daha əlverişli və qısa marşrut-Mincivan-Ordubad dəmir yolu boyu uzanan və Zəngilanın Ağbənd qəsəbəsini Ordubadla birləşdirən, Nüvədi kəndindən keçən cəmi 40 kilometrlik marşrut təklif edir. Bu marşrut Ermənistanın İranla sərhədi boyu uzanır. Hansı ki, erməni tərəfinin təklif etdiyi marşrut həmin marşruta nisbətən bir neçə dəfə uzundur. Və nəticədə iqtisadi və coğrafi baxımdan sərfəli deyil. Zəngəzur dəhlizi dedikdə isə təkcə Azərbaycanı onun eksklav ərazisi Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda beynəlxalq tranzit əhəmiyyəti daşıyan, İranı və Rusiyanı da Türkiyə ilə birləşdirən marşrutdan söhbət gedir.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...