Azərbaycan - Moldova əməkdaşlığı müzakirə edildi

Azərbaycan - Moldova əməkdaşlığı müzakirə edildi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Moldova Respublikası Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti ilə görüşüb.
 
Sfera.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, nazir ötən dövrdə Azərbaycanla Moldova arasında dostluq və əməkdaşlığın, qarşılıqlı faydalı dövlətlərarası münasibətlərin daha da inkişafı üçün imzalanmış sənədləri, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırıb.

S.Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətləri, Azərbaycanda aparılan sosial islahatlar proqramı, sosial inkişaf istiqamətində əldə olunan uğurlar barədə məlumat verib.
 

OXŞAR XƏBƏRLƏR