No Image
No Image

Azərbaycan Mərkəzi Bankının xalis mənfəəti 24% azaldı

Azərbaycan Mərkəzi Bankının xalis mənfəəti 24% azaldı
Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ili 52,485 milyon manat xalis mənfəətlə başa vurub.

Sfera.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 24,1% azdır.

AMB-nin aktivlərinin 18 579,674 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 6,2% çox), 5 615,273 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 30,3% çox), 375,543 milyon manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (4,3% çox), 399 milyon manatını isə banklara verilmiş kreditlər (47,8 çox) təşkil edib.

2020-ci ildə AMB-nin öhdəlikləri 19% artaraq 23 864,058 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələri 13,8% artaraq 11 839,664 milyon manat, rezident bankların qısamüddətli depozitləri 11,8% azalaraq 2 713,336 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 80% artaraq 4 921,318 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,8% artaraq 3 204,953 milyon manat, qurumun balans kapitalı isə 37% azalaraq 1 621,912 milyon manat olub.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sfera.az-a bildirilib ki, bankın mayın 16-dan etibarən USD/AZ...

Mərkəzi Bankdan kreditlərlə bağlı ŞAD XƏBƏR

Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb. Sfera.az oxu.az-a istinad...

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Xəbər verdiyimiz kimi, Kapital Bank və "Qırmızı Ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarım...

Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank 9 may – Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. Xidmət göstərən filiallar...

Bu il Neft Fondu proqnozdan xeyli çox gəlir əldə edəcək

Neft qiymətlərinin yüksəlməsi Azərbaycan Dövlət Neft Fonduunn aylıq gəlirlərinin artmasına imkan yaradır.  Sfera.az Neft Fondunun məlumatlarına istin...

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!   TuranBank Ramazan bayramı münasibətilə kart sahiblərini yeni cashb...