Azərbaycan mədəniyyətinə ağır itki — O, vəfat etdi...

Azərbaycan mədəniyyətinə ağır itki — O, vəfat etdi...
 Dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev Bakı şəhərində dəfn ediləcək.
 

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

O, avqustun 4-də İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.

Eldar Əliyev yüksək ifaçılıq qabiliyyəti, orijinal aktyorluq məharəti və rəngarəng çıxışları ilə "La Scala” (Milan), "Staatsoper” (Berlin), "Opéra National de Paris” (Paris), "Teatro dell”Opera di Roma” (Roma), "Teatro La Fenice di Venezia” (Venesiya), "Teatro Real” (Madrid), "Covent Garden” (London), "Nationaltheater München” (Münhen) və s. dünyanın ən möhtəşəm teatrlarının səhnələrində Azərbaycan vokal ifaçılıq məktəbini layiqincə təmsil edib.

Böyük vokalçı təkrarolunmaz sənəti ilə nüfuzlu beynəlxalq müsabiqələrdə əldə etdiyi qələbələr sırasında 2000-ci ildə Bakı şəhərində keçirilmiş və Qran-pri mükafatçısı olduğu Bülbül adına Vokalçıların II Beynəlxalq Müsabiqəsinə xüsusi önəm verirdi. Ürəyi həmişə Azərbaycanla döyünən Eldar Əliyev bu nüfuzlu müsabiqədə qələbə qazandığına və Vətənin etimadını doğrultduğuna görə özünü xoşbəxt sayırdı.

Dünya opera sənətinin ulduzu maestro Franko Korellinin, məşhur dirijor, uzun illər "La Scala” teatrının bədii rəhbəri olmuş maestro Rikkardo Mutinin və bir çox İtaliya sənətçilərinin "dahi müğənni” adlandırdıqları Eldar Əliyev Azərbaycanı dünyaya tanıtmaqla bərabər, İtaliya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də öz töhfəsini verib.

"İtaliyada Azərbaycan ili” elan edilmiş 2020-ci ildə Eldar Əliyev sənət zirvəsinə ucaldığı, alqışlandığı və bu gün də xatırlandığı İtaliyada həyatla vidalaşaraq həsrətində olduğu Vətənə dönsə də onun ölməz sənəti İtaliyada yaşamaqda davam edəcək.

Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyevin dəfn mərasiminin Bakı şəhərində hər iki ölkənin rəsmi nümayəndələrinin, sənətsevərlərinin iştirakı ilə təntənəli şəkildə keçirilməsi və böyük vokalçının xatirəsinin yaşadılması Azərbaycan Hökuməti tərəfindən təşkil ediləcək.



OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...