\"Azərbaycan kimi müttəfiqi itirən uduzacaq” – Elnur Allahverdiyev

\
 "30 ilə yaxındır Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu müddət ərzində separatçı rejim bir neçə saxta seçkilər keçirib, "parlament” və "prezident” seçib. Bu "seçkilər”in heç biri hər hansı beynəlxalq təşkilat, dünya dövləti, hətta Ermənistanın özü tərəfindən tanınmayıb. Martın 31-i və aprelin 14-də keçirilən "seçkilər” də bu rəzalətin davamı, cənab Prezidentin dediyi kimi, təlxəklər tamaşı idi. Təəssüf doğuran odur ki, qarşısında ciddi çağırışlar və təhlükələrin olduğu dünya birliyi hələ də onilliklərdir davam edən işğal faktına münasibətdə qətiyyətli mövqe nümayiş etdirə bilmir”.

 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib. Millət vəkilinin sözlərinə görə, dünyada hamı dərk edir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdən tutmuş tarixi materiallaradək, arxiv və xəritələrədək bütün mənbələrdə Qarabağın Azərbaycana məxsusluğu təsbit olunub və bu reallığı dəyişmək mümkün deyil:

 

"Diqqəti bir məqama yönəltmək istəyirəm. Bu 30 ilə yaxın müddətdə heç bir dövlət və qurum bir dəfə belə olsun erməni separatçılarının tanınmasına eyham vurmayıblar. Məsələn, postsovet məkanındakı digər etnik münaqişələrə baxsaq, separatçı oyuncaq rejimlərin tanınması ilə bağlı ayrı-ayrı dövlətlər bəyanatlar veriblər. Bu onu göstərir ki, Azərbaycanın beynəlxalq aləmdə yüksək siyasi nüfuzu var, heç bir dövlət bizimlə münasibətlərini pozmaq və yaxud pisləşdirməkdə maraqlı deyil. Ancaq digər tərəfdən də bu fonda iki dövlət arasındakı ziddiyyətlərin çözülməsi, münaqişələrin nizamlanmasına məsul, cavabdeh olan beynəlxalq qurumlar, beynəlxalq hüquq özünü qeyri-ciddi, gülünc vəziyyətə salıb”. E.Allahverdiyevin sözlərinə görə, bu mənzərədə Avropa Şurası və bu qurumun Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli mövqeyi xüsusilə qabarıq büruzə verilir. Çünki bu qurumlar özlərinin qəbul etdikləri sənədlərə zidd davranırlar.

 

"Prezident İlham Əliyevin AŞ və AŞPA-nı tənqid etməsi obyektiv yanaşmadır. Məsələn, AŞPA fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərə qərəzli, ayrı-ayrı şəxslərin marağını əks etdirən rəy verir. Ancaq beynəlxalq hüququn kobudcasına tapdanmasına, insan hüquqlarının və beynəlxalq sənədlərlə təsdiqlənmiş ərazi bütövlüyü prinsipinin pozulmasına, cinayətkar xuntanın keçirdiyi psevdoseçkilərə heç bir münasibət bildirmir. Gülünc deyilmi? Bu təşkilatın ciddiliyinə etibar etmək olarmı?” – deyən deputatın sözlərinə görə, AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə mövcüddur. Bu sənədə əsasən, Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə heç bir fəaliyyət göstərmir, çünki Ermənistanın qeyri-konstruktiv mövqeyinə və AŞPA-nın məsuliyyətsizliyinə görə lazımsız, təsirsiz quruma çevrilib.

 

"Azərbaycanla Ermənistanı bir cərgəyə qoymaq heç bir parametrlərə görə mümkün deyil. Biz enerji və beynəlxalq infrastruktur layihələrimizlə dünyanın iqtisadi sistemində möhkəm və etibarlı yer tutmuşuq, Avropa qitəsinin enerji təhlükəsizliyi arxitekturasında söz sahibi dövlətik. Yüksək siyasi nüfuzumuz var, iri regional və daha genişmiqyaslı beynəlxalq təşkilatların idarə olunmasında iştirak, rəhbərlik edirik. Ermənistan isə özünün bir-birilərini əvəzləyən əyalət təfəkkürlü siyasi liderləri ilə cənab Prezident İlham Əliyevin dediyi kimi, dilənçi bir dövlətdir. AŞPA kimi qurumlar tərəf tutmaqla öz ciddiyyətlərini zərbə altına salırlar. Dağlıq Qarabağ heç vaxt müstəqil subyekt kimi tanınmayacaq, bu status-kvo da daimi davam edə bilməz. Uduzan Azərbaycan kimi müttəfiqi itirən olacaq” – deyə millət vəkili vurğulayıb. (modern.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...