Azərbaycan Kəşmir məsələsində hansı mövqeni tutmalıdır?

Azərbaycan Kəşmir məsələsində hansı mövqeni tutmalıdır?
 

Bir neçə gündür ki, Hindistanla Pakistan arasındakı "Kəşmir konflikti” yenidən alovlanıb. Təmas xəttində baş verən atışma zamanı Pakistan ordusunun 3 əsgəri, 5 Hindistan hərbçisi və 2 mülki vətəndaş həyatını itirib. Bundan sonra Hindistan Kəşmirin xüsusi statusunu ləğv edib. Bu addım rəsmi İslamadın hiddətinə səbəb olub. Hətta Pakistanın baş naziri İmran Xan Hindistan hökumətini "faşist” adlandırıb.

Məlumat üçün deyək ki, Hindistanla Pakistan arasında "Kəşmir konflikti” 1947-ci ildən başlayıb. İndiyə qədər bu bölgə uğrunda Hindistanla Pakistan 3 dəfə müharibə baş verib. İndi dünya yeni müharibənin baş verəcəyindən narahatdır. 

Bu məsələ Azərbaycan üçün də az önəmli deyil. Çünki Pakistan ölkəmizlə strateji müttəfiqdir. Təsadüfi deyil ki, bir neşə gün əvvəl Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmand ümidvar olduğunu bildirib ki, Azərbaycan bu məsələdə İslamabadı dəstəkləyəcək.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələni "Yeni Sabah”a şərh edərkən bildirib ki, "Kəşmir konflikti” ilə bağlı rəsmi Bakı üçün birmənalı mövqe sərgiləmək o qədər də asan deyil.

"Doğrudur Pakistan Azərbaycanın strateji müttəfiqidir. Qarabağ məsələsinə görə Ermənistanla diplomatik münasibətləri kəsən 3 ölkədən biridir. Baxmayaraq ki, Kəşmir mübahisəsində Pakistan da tam olaraq haqsız deyil. Amma burada Hindistanın ərazi bütövlüyündən söhbət gedir. Bu da Azərbaycan üçün həssas məsələdir”, - deyə politoloq əlavə edib.

Elxan Şahinoğlunun fikrincə, Azərbaycan yalnız münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamalıdır.

"Pakistanla isə bütün sahələrdə əməkdaşlığı dərinləşdirmək olar. Bir məqamı da qeyd edim ki, hələ indiyə qədər hansısa ölkə bu məsələdə birmənalı olaraq Pakistanı dəstəkləməyib. Hətta Pakistanla strateji müttəfiq olan Türkiyə belə açıq şəkildə bəyan etməyib ki, Pakistan haqlıdır”, - deyə Şahinoğlu bildirib.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...