No Image
No Image

Azərbaycan kəndlərində yenilik - FOTOLAR

Azərbaycan kəndlərində yenilik - FOTOLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network ) şəbəkəsi qurulur.
 
NRYTN-dən Sfera.az-a verilən məlumata görə,  Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində telekommunikasiya infrastrukturu müasirləşdirilir, optik xətlər çəkilir, GPON texnologiyası tətbiq edilir.

Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 km.dən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə 3 km.dən çox uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb.
 
Layihə nəticəsində Qadaşobada 1000-dən artıq, Zərdabın adı çəkilən kəndlərində isə 500 ailəyə müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı yaradılacaq. Eyni zamanda texniki imkanlar gələcəkdə bu kəndlərdə yeni yaşayış ərazilərinin salınması, genişləndirilməsi və yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur ki, bu da öz növbəsində abunəçilərə daha geniş çeşiddə xidmətlərdən istifadə imkanı yaradacaq, rəqəmsal bərabərlik təmin olunacaq.
 
Digər bölgələrdə də vətəndaşların keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiya olan GPON texnologiyası əsasında yenidən qurulması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əyalətdəki vətəndaşlar rəqəmsal texnologiyadan necə yararlanır? - EKSPERT RƏYLƏRİ

Durmadan inkişaf edən müasir dünya modeli, heç şübhəsiz, texnoloji yeniliklər sayəsində bərqərar olub. Bu baxımdan, modernizasiya prosesinin həyata keçirilməsi ...

Türkiyənin pilotsuz döyüş təyyarəsinin görüntüləri - FOTOLAR

Türkiyənin aero-kosmik sənaye qurumu olan "Baykar" rəsmi feysbuk səhifəsində pilotsuz döyüş təyyarə sisteminin (MİUS) konseptual dizayn görüntülərini paylaşıb. ...

Azərbaycanda PUA hazırlanacaq - “GÖZ – N1”

AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və onların nəticələrinin sənaye, xidmət...

Azərbaycan kəndlərində yenilik - FOTOLAR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstəril...

Göyçayın ən böyük elektronika və mebel mağazası açıldı - Açılışa özəl kampaniya

Sevindirən şəbəkəmiz olan "Kontakt Home” sayca 30-cu "Göyçay” mağazasının rəsmi açılışını edib. Göyçayın ən böyük elektronika və mebel mağazası olan "Kontakt Ho...

Marsda ilk tarixi uçuş - FOTO

Amerika Milli Kosmik Araşdırma Agentliyinin (NASA) Marsdakı "İngenuity” adlı kəşfiyyat helikopteri ilk yoxlama uçuşunu uğurla reallaşdırıb. Sfera.az xəbər...