“Azərbaycan istədiyi an gücünü göstərəcək...” - Politoloq
15:47 / 02.08.2021
1345
"Azərbaycanın səbr kasasını doldurmaq və bizi
sərhədi keçərək, Ermənistan ərazisinə daxil olmağa təhrik edirlər. Belədə
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etmək üçün bəhanə
əldə etmək istəyirlər. Amma Azərbaycan düşmənin bu hiyləsinə uymur. Belə təxrubatları
çox görmüşük. Lakin onu da yaddan çıxarmayaq ki, düşmən bu işləri özbaşına
görmür”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın
təxribatları davam etdirərək, ötən gecə yenidən Naxçıvanı atəşə tutmasına
münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib:
Ekspert qeyd edib ki, sərhədboyu atışmaların
arxasında Rusiya dayanır:
"Ermənistanın əsas sahibi Rusiyadır. Vladimir
Jirinovskinin çıxışları da məhz bununla bağlıdır. Moskva Azərbaycanın Türkiyə ilə
yürütdüyü birgə siyasətdən həddən artıq narahatdır. Ona görə açıq şəkildə bəyan
edirlər ki, Azərbaycan Moskva nə desə, onu da etməlidir. Azərbaycan bu hədələrə
baxmayaraq, sərbəst xarici siyasət yürütməkdə davam edir”.
Rüfət SULTAN