Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO

Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO
Azərbaycanla İsrail  arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

Sfera.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan hökuməti ilə İsrail hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib. Mikayıl Cabbarov həmçinin, xarici işlər naziri Yair Lapid, maliyyə naziri Aviqdor Liberman, inşaat və mənzil siyasəti naziri Zeev Elkin, regional əməkdaşlıq naziri Esavi Frejlə görüşüb.

Görüşlərdə yüksək texnologilyalar, rəqəmsallaşma, ali təhsil, xüsusilə İT və kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, kənd təsərrüfatı, bərpa olunan enerji, qarşılıqlı ticarətin genişləndirilməsi, vergi məsələləri, yeni əməkdaşlıq imkanları, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin layihələrdə iştirakda marağı ifadə olunub.

İsrail rəsmiləri ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və birgə layihələrin icrasına, ticarət, tikinti, kənd təsərrüfatı, bərpa olunan enerji, İKT, kiber təhlükəsizlik, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...