Azərbaycan İrandan gələcək qaçqın təhlükəsi ilə üz-üzə - SOS

Azərbaycan İrandan gələcək qaçqın təhlükəsi ilə üz-üzə - SOS


"Bunu əminliklə söyləyə bilərik ki, İranda baş verən olaylar iqtisadiyyatımıza təsir etmək gücündə deyil”.


Bu sözləriSfera.az-a açıqlamasında son günlər İranda baş verən olayları şərh edərkən politoloq Arzu Nağıyev söyləyib. O, İranda hazırki, iqtisadi problemlərin kökündə son zamanlar tətbiq edilən sanksiyalar və embarqoların böyük rol oynadığını bildirib:

 

"Son vaxtlar nüvə məsələsi ilə bağlı tətbiq olunan sanksiyalar, eyni zamanda İrana qarşı tətbiq edilən embarqolar nəticə etibarilə iqtisadiyyatınzəifləməsinə səbəb oldu. Fakt budur ki, İran vətəndaşları məhz iqtisadi tələblərləmeydanlara axışdılar. Bu mitinqlərin ilkin özəyini iqtisadi problemlər təşkil edirdisə, amma hazırda vətəndaşların tələbi hakimiyyətin dəyişməsinə qədər yüksəlib. Digər məsələ odur ki, İranda maraqları olan dövlətlər – ABŞvə İsrail mitinq iştirakçılarını birbaşa və açıq dəstəkləməyə başladılar. Lakin inandırıcı deyil ki, böyük dövlətçilik ənənələri olan İran bu çaxnaşmadan daha artıq zərərlə çıxsın və hakimiyyət asanlıqla əl dəyişdirsin”.

 

Qonşu ölkədə baş verənlərin Azərbaycana iqtisadi cəhətdən hansısa sıxıntı yaradacağına inanmadığını bildirən Nağıyev orada milyonlarla soydaşımızın yaşadığını nəzərə aldıqda baş verənlərin bizi mənəvi cəhətdən incidəcəyini vurğulayıb: "İranda bizim milyonlarla soydaşlarımız yaşayır. Onlar bu iğtişaşlardan Azərbaycana pənah gətirə bilərlər, demoqrafik dəyişiklik ola bilər. Proseslər iqtisadi, siyasi cəhətdən olmasa da, mənəvi cəhətdən bizə təsir edə bilər. Biz İrandan benzin, yanacaq almırıq ki, orada olan bahalaşma bizə də təsir etin. Ona görə də əminliklə demək olar ki, oradakı proseslər bizim iqtisadiyyatımıza təsir etmək gücündə deyil”.

 

 

 

Səbuhi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...