Azərbaycan iqtisadiyyatı 7%-dən çox böyüyüb

Azərbaycan iqtisadiyyatı 7%-dən çox böyüyüb
Azərbaycanda 2022-ci ilin yanvar-aprel aylarında 39 milyard 554 milyon 800 min manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. ÜDM (əlavə dəyər) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb.

ÜDM istehsalının 54,8 faizi sənaye, 7,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olub.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR