Azərbaycan informasiya müharibəsini necə qazana bilər? – TƏKLİF

Azərbaycan informasiya müharibəsini necə qazana bilər? – TƏKLİF
Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün sentyabrın 27-də ölkə üzrə internetin verilməsi məhdudlaşdırıldı. Bu addım sosial şəbəkələr vasitəsi ilə dezinformasiyanın, hərbi sirlərin yayılmasının qarşısının alınması üçün atıldı.

Maraqlıdır, internet imkanlarının məhdudlaşdırılması öz nəticəsini necə verir? Azərbaycanı informasiya müharibəsində qalib edəcək başqa hansı altenativlər ola bilər?


Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cari vəziyyətdə informasiya mərkəzlərinin yaradılmasının daha uyğun olduğunu qeyd edib:

 

"Tovuz döyüşlərində, bundan əvvəl belə vəziyyətlər olanda internetlə bağlı xüsusilə sosial mediada xoşagəlməz hadisələr baş vermişdi - dezinformasiya xarakterli məlumatlar, "WhatsApp”da müxtəlif səs yazıları hökmranlıq edirdi. Yəni şayiələr, suistifadə halları əvvələr daha çox idi. Çox güman ki, bundan dolayı hazırda hərbi vəziyyətlə əlaqədar olaraq internetə, sosial mediaya məhdudiyyətlər tətbiq olunur. İndi sosial mediaya olan məhdudiyyət xüsusilə video kontent baxımından anlaşılandır. Amma müharibə həm də informasiya cəbhəsində getdiyi üçün bununla əlaqədar olaraq xaricdə antiazərbaycan xətti aparanlar üçün münbit şərait yaranıb. Monitorinq aparanda da görünür ki, xarici dilli auditoriya əlverişli mühit qazanıb və Azərbaycana qarşı əks təbliğat aparılır.


Bu baxımdan düşünürəm ki, Azərbaycan həqiqətlərini dünyaya çatdrmaq üçün hökumət alternativlər yarada bilər. Bu sahə üzrə əlaqəli qurumlara, ekspertlərə imkan yaratmaq lazımdır ki, sosial mediadan istifadə etmək olsun. Xüsusilə xarici dilli medianın rahat çalışa bilməsi üçün müəyyən informasiya mərkəzlərinin yaradılması daha yaxşı olar. Lakin ümumilikdə deyim ki, qanunda müddəlar da var və indi internet imkanlarının məhdudlaşdırılması başadüşüləndir”.

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR