Azərbaycan idmançıları Avropa çempionatında 5 medal qazanıblar - FOTO

Azərbaycan idmançıları Avropa çempionatında 5 medal qazanıblar - FOTO

Mayın 13-14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Kyokuşinkay-ŞinKyokuşinkay karate üzrə 2016-cı il Avropa çempionatı keçirilib. Azərbaycan Kyokuşin Karate Federasiyasından Trend-ə verilən məlumata görə, komandamız 5 medal qazanıb.

Çempionatda kişilər arasında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medal qazanıb. Valeh Cəfərov (65 kq), Yasir Məmmədov (85 kq) və Mübariz Ağamalıyev (85 kq) isə bürünc medala sahib olublar.

Gənclər (16-18 yaş) arasında 60 kq çəki dərəcəsində mübarizə aparan Kərim Kərimov gümüş medal qazanıb.

Qeyd edək ki, çempionatda idmançılarla bərabər, hakimlərimiz Allahverdi Rüstəmov, Qabil Sayadov, Namiq Vəliyev, Mübariz Məlikov, Əbülfət Hacızadə, Mehdi Əhmədov və Samir Fərzəliyev də iştirak ediblər.

İdmançılar Avropa çempionatında ölkəmizi Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərov və vitse-prezidenti Şixan 6-cı dan qara kəmər ustası Allahverdi Rüstəmovun rəhbərliyi altında təmsil ediblər.


OXŞAR XƏBƏRLƏR

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTOLAR

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...