Azərbaycan hərbçiləri yaralanan erməni komandirə yardım etdi - FOTO
22:15 / 15.04.2021
2628
Cəbrayılın Kənd Horadiz ərazisində cəsədlərin axtarışı ilə məşğul olan T.A. adlı erməni komandir yaralanıb.
Sfera.az erməni mediasına istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü erməni komandir sağ ayaq pəncəsindən yaralanıb və ona ilk yardımı Azərbaycan hərbçiləri göstərib.
Daha sonra isə o, Xankəndi hospitalına çatdırılıb.
Onun həyatı üçün təhlükə olmadığı bildirilib.