Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb

Azərbaycan Gürcüstandan dərman idxalını azaldıb
 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 521,9 ton dərman preparatları idxal edib.

Sfera.az bildirir ki,  bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan dərman vasitələrinin ümumi dəyəri 20 mln. 864, 6 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan aldığı medikamentlər həcm baxımından 303,1 ton və ya 1,58 dəfə, dəyər baxımından 2 mln. 146,1 min dollar azalıb.

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 23 mln. 010,7 min dollar olan 825 ton dərman vasitəsi alıb.  (Report)


OXŞAR XƏBƏRLƏR