Azərbaycan girovları haqda Savçenkonun bəyanatı Ermənistanda isterika doğurdu

Azərbaycan girovları haqda Savçenkonun bəyanatı Ermənistanda isterika doğurdu

Ukraynada səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidov yanvarın 27-də Ukrayna parlamentinin deputatı, Milli Qəhrəman Nadejda Savçenko ilə görüşüb.

Virtualaz.org xatırladır ki, Ukraynadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Elxan Nuriyev və Vüqar Həsənovun da iştirak etdikləri görüşdə azərbaybaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə ətraflı məlumat verən ADİHİ rəhbəri girovların azad edilməsi istiqamətində görülən işlərdən danışıb, məsələnin beynəlxalq səviyyəyə qaldırılmasının və Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlərin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə lazımi məlumatları, sənəd və fotoları Nadejda Savçenkoya təqdim edən ADİHİ rəhbəri konkret detalları müzakirə edib.
Özünün də Moskvada girovluqda saxlanıldığını və bu sahədə ciddi təcrübəsinin olduğunu bildirən N.Savçenko kəlbəcərli girovlarla bağlı beynəlxalq kampaniya başlatmaq təklifini müsbət qarşılayıb və bu işdə əlindən gələni edəcəyini bildirib.

Ukraynanın Milli Qəhrəmanı N.Savçenko bu məsələ ilə bağlı həm Ukrayna Radasında, həm də Ukrayna mətbuatında məsələ qaldıracağını, habelə Avropanın aparıcı insan haqları təşkilatlarının rəhbərləri ilə görüşdə azərbaycanlı girovların azadlığa çıxması üçün fəaliyyət göstərəcəyini də bildirib.

Virtualaz.org-un Ermənistan bölməsi bildirir ki, Ukrayna Ali Radası deputatının bu bəyanatı erməni millətçiləri arasında əsl isteriya dalğası doğurub. Sarkisyanı dəstəkləyən blogerlər və sosial şəbəkələrin aktiv istifadəçiləri təkcə Savçenkoya yox, bütovlükdə Ukraynaya qarşı əsl cəbhə açıblar. Feysbuk-dakı millətçilər Ukraynanın Qəhrəmanı Savçenkonu hətta Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı olmaqda ittiham edir, Ukraynanı isə "anti-erməni əhval-ruhiyysinin mənbəyi" adlandırırlar.

Bir çox erməni KİV-ləri politoloq Qaqik Ambaryanın bəyanatını məhz belə başlıqla "Ukrayna - anti-erməni əhval-ruhiyyəsinin mənbəyi" dərc ediblər. Ambaryan Ukraynanı və onun hakimiyyətini Ermənistana qarşı bir sıra demarşlarda açıq ittiham edir və buna səbəb kimi BMT-də Ukraynanın ərazi bütövlüyü məsələsi müzakirə edilərkən Ermənistanın tutduğu mövqeni göstərir. Politoloqun fikrincə, Ukrayna onun əleyhinə olan həmin mövqeyə görə (Ermənistan Krımı Rusiyanın bir hissəsi kimi tanıdığını bəyan etmişdi-red.) Ermənistandan qisas alır.

Politoloq Ukraynadakı Ermənistan səfirliyini və Ukrayna erməniləri konqresinin sədri Aşot Avanesyanı da fəaliyyətsizlikdə ittiham edib.
Ambaryan lap sonda yazıb: "İstehza doğuran odur ki, Yerevan həmin mövqe ilə Ukraynanı özünə qarşı kökləyəndən sonra nə Ermənistan, nə də Qarabağ Rusiyadan, demək olar, heç nə almadı"


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...