Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında gümüş medal qazandı

Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında gümüş medal qazandı
Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final mərhələsində 2-ci cəhdini edib.

Sfera.az xəbər verir ki, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR