No Image
No Image

Azərbaycan G20-nin zirvə görüşünə dəvət edildi

Azərbaycan G20-nin zirvə görüşünə dəvət edildi
Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək "Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib.

Sfera.az IPS-ə istinadən xəbər verir ki, tədbirə həmçinin BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıb.

Dünya əhalisinin 60 faizini, ÜDM-sinin isə 80 faizini əhatə edən G20 qrupu cari ildə İtaliyanın sədrliyində İnsanlar, Planet, Rifah deyə üç başlıqla ifadə olunan dayanıqlı və bərabər inkişaf, ətraf mühitin mühafizəsi, yeni təhlükələrin qarşısını almaq kimi hədəflər qarşıya qoyur.

Zirvə görüşü ərəfəsində may-sentyabr ayları ərzində nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş keçiriləcək.

Xatırladaq ki, G20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, habelə Avropa İttifaqıdır.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya çalxalanır: Həbslər başladı

"Rusiya hakimiyyəti Aleksey Navalnının həbs olunmasına qarşı etirazları əngəlləmək üçün müxtəlif tədbirlər görür”.   Sfera.az xəbər verir ki, bunu ADR Hə...

Vətən müharibəsindən sonra yenə qanunsuz səfərlər olur - XİN siyahını yenilədi

Xarici İşlər Nazirliyi Qarabağa qanunsuz səfər edən şəxslərin siyahısını yeniləyib. Sfera.az-ın məlumatına əsasən, siyahıya ümumilikdə 1 040 nəfər daxildi...

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir - Tələ yoxsa...?

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. "Yeni Müsavat”ın xəbə...

"Bayden Rusiyanın əl-ayağını yığışdırmağa çalışacaq" - Siyasi şərhçi

"ABŞ prezidenti Cozef Bayden and içərək fəaliyyətə başlayıb. İlk iş günündə 20-yə yaxın fərman imzalayıb. Dəlisov Trampın bəzi qərarlarını doğru olaraq ləğv edi...

Azərbaycan xalqı təzədən doğulub... – Maksim Şevçenko

Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanda misli görünməmiş bir vətənpərvərlik yüksəlişi başlayıb. Sfera.az xəbər verir ki, bunu rusiyalı ...

“Azərbaycanın İrəvandakı nümayəndəliyi...” – Babayandan şok iddia

"Nikol Paşinyan parlamentin tribunasından çıxış edərək, müxalifətin fəaliyyətinin əsirlərin geri qaytarılması prosesinə zərər verdiyini bəyan edir, o, bununla s...