Azərbaycan ən böyük investisiyanı bu ölkəyə edib - STATİSTİKA

Azərbaycan ən böyük investisiyanı bu ölkəyə edib - STATİSTİKA
2020-ci ildə Azərbaycanın xarici ölkələrə investisiyası kəskin şəkildə azalıb. 

Sfera.az Mərkəzi Bankın məlumatına istinadən bildirir ki, 2019-cu ildə Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa investisiya 2,6 milyard dollar olduğu halda 2020-ci ildə 1,243 milyard dollar olub. Ötən il birbaşa xarici investisiya qoyuluşu 2,1 dəfə (1,36 milyard dollar) azalıb. 

Azərbaycan ən böyük investisiyanı Türkiyəyə edib. Cəmi birbaşa investisiyanın 26,9 faizi (334 milyon dollar) Türkiyəyə yönəldilib. ABŞ-a 171 milyon dollar, Lüksemburqa 123 milyon dollar, Monteneqroya 101,4 milyon dollar, Rusiyaya 95 milyon dollar birbaşa investisiya edilib. Qonşularımızdan Gürcüstana 39 milyon dollar, Qazaxıstana 2,2 milyon dollar, Özbəkistana 874 milyon dollar sərmayə yatırılıb. 

Son bir ildə yalnız ABŞ-a qoyulan investisiyalarda ciddi artım qeydə alınıb. ABŞ-a sərmayə qoyuluşu 53 milyon dollardan 171 milyon dollara yüksəlib. 

Daha çox sərmayə qoyduğumuz Türkiyəyə investisiyanın həcmi 500 milyon dollar azalıb. 2019-cu ildə qardaş ölkəyə 836 milyon dollar birbaşa investisiya edilmişdi. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR