Azərbaycan elektrik enerjisinin ixracını artırdı

Azərbaycan elektrik enerjisinin ixracını artırdı
Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 mln kVt/s artaraq 2 mlrd 364,3 mln kVt/s olub.

Sfera.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, ay ərzində elektrik enerjisinin ixracı 175,1 mln kVt/s, idxalı isə 11 mln kVt/s təşkil edib.

Cari ilin yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 mlrd 924,9 mln kVt/s olub. Hesabat dövründə ötən ilin 3 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 mln kVt/s azalaraq 6 mlrd 604 mln kVt/s, SES-lərdə 15,69 mln kVt/s artaraq 236,09 mln kVt/s, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,7 mln kVt/s azalaraq 84,9 mln kVt/s olub. Bu dövrdə külək elektrik stansiyalarında 22,56 mln kVt/s, günəş elektrik stansiyalarında 9,2 mln kVt/s, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 mln kVt/s elektrik enerjisi istehsal edilib.

Rüb ərzində elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 6 mlrd 257,2 mln kVt/s (İES-lərdə 6 mlrd 041,3 mln kVt/s, SES-lərdə 215,9 mln kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 mln kVt/s (İES-lərdə 56,08 mln kVt/s, SES-lərdə 17,13 mln kVt/s, GES-də 8,43 mln kVt/s), müstəqil elektrik stansiyaları üzrə 569,8 mln kVt/s, "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 mln kVt/s təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 mln kVt/s olub. İrandan 8,2 mln kVt/s, Rusiyadan 15,3 mln kVt/s, Gürcüstandan isə 8,6 mln kVt/st elektrik enerjisi idxal edilib.

2021-ci ilin 3 ayı ərzində elektrik enerjisinin ixracı 509 mln kVt/s olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 mln kVt/s artıb. İrana 8,3 mln kVt/s, Türkiyəyə 12,7 mln kVt/s, Rusiyaya 23,1 mln kVt/s, Gürcüstana isə 464,9 mln kVt/s elektrik enerjisi ixrac edilib.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...