Azərbaycan əhalisinin neçə faizi artıq çəkiyə sahibdir? - Piylənmə dərəcənizi belə hesablayın

Azərbaycan əhalisinin neçə faizi artıq çəkiyə sahibdir? - Piylənmə dərəcənizi belə hesablayın
2021-ci ilin martın 4-ü Dünya Piylənmə ilə mübarizə Günü kimi qeyd ediləcək.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, Azərbaycanda 15 yaşdan yuxarı olan əhalinin orta çəkisi 68,9 kq-dır. Əhalinin 8,1 faizinin çəkisi normadan artıqdır.
 
Statistika göstərir ki, yaş artdıqca normadan artıq çəkiyə sahib olan insanların sayı artır. Belə ki, 15-19 yaş qrupunda olanların 0,2 faizi artıq çəkiyə malik olduğu halda 20-44 yaş qrupunda 3,8 faizi, 45-64 yaş qrupunda 13,5 faizi, 65 yaş və yuxarı yaş qruplarında 14,8 faizi artıq çəkiyə malikdir.
 
Statistika göstərir ki, kişilərlə müqayisədə qadınların daha çox hissəsi artıq çəkidən əziyyət çəkirlər. Kişilərin 3,4 faizi artıq çəkiyə sahib olduğu halda, qadınların 4,8 faizinin artıq çəkisi var. 45-64 yaş qrupunda olan qadınların 8,4 faizi, 65 yaş və daha yuxarı yaşda olan qadınların 9,7 faizi artıq çəkiyə sahibdir. Kişilərdə hər iki yaş qrupu üzrə artıq çəkiyə sahib olanlar 5,1 faizdir.
 
Piylənmə göstəricisini müəyyən etmək üçün çəki boyun metrlə ifadəsinin kvadratına bölünməklə tapılır. Məsələn, boy 1,75 metr, çəki 70 kq-dır. Bu halda bədənin çəkisinin orta indeksi 22,9-dir (70/(1.75*1.75)=70/3,06=22,9).
 
Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə bədənin çəkisinin orta indeksi 18-dən azdırsa – çəki normadan azdır. İndeks 18,5-25 intervalındadırsa – çəki normaldır, indeks 26-30 intervalına düşürsə - bədən piylənmə ərəfəsindədir, indeks 31-dən yuxarıdırsa – bədən həddən artıq piylənmə mərhələsindədir.
 
Vasif
 
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...