Azərbaycan əhalisinin kasıb yaşadığı rəsmən təsdiq olundu - ŞƏRH

Azərbaycan əhalisinin kasıb yaşadığı rəsmən təsdiq olundu - ŞƏRH
"Bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 mlrd. 525 mln. manat pul xərcləyib. Bu vəsaitin 4 mlrd. 429 mln. manatını sırf ərzağa, 549 mln. manatını spirtli içki və tütün məmulatlarına, 514 mln. manatını yanacağa, əczaçılıq məhsulları və tibbi ləvazimatlara isə 216 mln. 100 min manat xərcləyib”. 

Sfera.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli rəsmi məlumatlara istinadən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan əhalisinin gəlirlərinin yarısını ərzağa xərcləməsi ölkənin iqtisadi vəziyyətinin ağır olmasından xəbər verir: 

"Dünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhalinin ərzağa xərclədiyi vəsaitdir. Əgər əhali qazancının 20-25%-dən çoxunu ərzağa xərcləyirsə, deməli, o ölkə kasıbdır. Məsələn, 100 il əvvəl ABŞ-da əhali qazancının 50%-ni yeməyə, ərzağa xərcləyirdi, 2019-cu ildə isə bu 10,5% olub, yəni, ABŞ əhalisi son 100 ildə kasıblıq səviyyəsini xeyli azaldlb”. 

Ekspert bildirib ki, Avropa Birliyi ölkələri arasında ən yaxşı göstərici Lüksenburqdadı - əhali qazancının cəmi 8,4%-ni ərzağa xərcləyir: 

"İrlandiyada bu xərclər 11,5%, Almaniyada isə 11,7%-ə bərabərdir. Türkiyədə bu rəqəm 25%-ə, Rusiyada isə 35%-ə yaxındır. Sözümün canı budur ki, ölkə əhalisi kasıbdır, ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə qazancın 70-75%-ni xərclənirsə, insanın təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalmır. Təhsil və mədəniyyətə pul az xərcləyən toplum isə inkişaf edə, kasıblığın daşını ata bilmir - bax belə "qısır döngədə" flrlanırıq...”

OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...