Azərbaycan əhalisi yeni doğulan bu körpə ilə 10 milyona çatdı
11:28 / 06.04.2019
4754
2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Sfera.az Səhiyyə Nazirliyinə və Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.