Azərbaycan əhalisi ÜST-ün tövsiyə etdiyindən iki dəfə az ət yeyir - ARAŞDIRMA

Azərbaycan əhalisi ÜST-ün tövsiyə etdiyindən iki dəfə az ət yeyir - ARAŞDIRMA
2020-ci ildə əhalinin real və nominal gəlirlərinin azalması, eyni zamanda ərzaq məhsullarının bahalaşması adambaşına düşən ərzaq istehlakının miqdarının azalmasına səbəb olub.
 
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, ötən il kartof və meyvə istisna olmaqla bütün ərzaq qruplarında istehlak miqdarı azalıb.
 
Statistikaya əsasən, Azərbaycan əhalisi bir ildə adambaşına 134,9 kq çörək və çörək məhsulları istifadə edib. Bu miqdar 2019-cu ilə nisbətən azalıb. 2019-cu ildə çörək və çörək məmulatlarının adambaşına illik istehlakı 135,2 kq idi. Çörək istehlakında azalma şəhər yerlərində istehlakın azalması hesabına baş verib. Şəhər yerlərində əhali adambaşına istehlakı 134,25 kq-a qədər azaldıb. 

Ümumiyyətlə, son illərdə ölkəmizdə çörək istehlakında azalma dinamikası müşahidə edilir. 2005-2010-cu illərdə adambaşına 155-158 kq çörək və çörək məmulatları istehlak edən əhali istehlak miqdarını 2015-ci ildə 138,4 kq-a, 2018-ci ildə 137 kq-a salıb. 

Azərbaycan adambaşına düşən çörək istehlakına görə dünyada qabaqcıl yerlərdə olan ölkələrdən biridir və bu müsbət hal hesab edilmir. Bu baxımdam çörək və çörək məmulatlarının istehlakının azalması müsbət dəyişiklik kimi xarakterizə edilə bilər. 

Əsas ərzaq məhsullarından tərəvəz, ət, balıq, süd, yumurta istehlakı da azalıb. Ötən il əhali illik adambaşına 108,52 kq tərəvəz və bostan məhsulları, 33,67 kq ət və ət məhsulları, 7,26 kq balıq və balıq məhsulları, 267 kq süd və süd məhsulları, 158 ədəd yumurta istehlak edib. 

Tərəvəz istehlakında azalma son illərdə ilk dəfədir ki, qeydə alınıb. 2005-ci ildə adambaşına 78 kq tərəvəz istehlak edən əhali, istehlak miqdarını 2015-ci ildə 106,5 kq-a, 2019-cu ildə 108,6 kq-a qədər artırmışdı. Buna görə də ötən il tərəvəz istehlakının azalması müsbət hal deyil. 

2020-ci ildə insanlarımız orta hesabla 33,67 kq ət və ət məhsulları istehlak edib. Son illərdə ət istehlakında da artım dinamikası var. Əhalinin adambaşına ət istehlakı 2005-ci ildə 29,4 kq olduğu halda 2019-cu ildə 33,8 kq-a qədər artmışdı. 

2005-ci ildən 2020-ci ilə kimi balıq istehlakı 6,6 kq-dan 7,3 kq-a, yumurta istehlakı 126 ədəddən 160 ədədə qədər artıb. Adıçəkilən bütün məhsulların istehlakında 2020-ci ildə azalma qeydə alınıb. Digər əsas ərzaq məhsullarından adambaşına düşən illik istehlak kartofda 73,4 kq, meyvədə 79 kq, qənd və qənnadı məmulatlarında 30,24 kq, bitki yağı və marqarində 10,7 kq-dır.  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə müqayisə etdikdə aydın olur ki, ölkəmizdə çörək istehlakı çox, digər məhsulların istehlakı azdır. ÜST -ün normalarına əsasən, bir insan il ərzində orta hesabla 120,5 kiloqram çörək və digər un məhsulları, 96,7 kq kartof, 140,3 kq tərəvəz və bostan məhsulları, 80,3 kq meyvə, 70,1 kq ət və ət məhsulları, 360 kq süd və süd məhsulları, 243 ədəd yumurta, 13,1 kq bitki yağları, 36,5 kq qənd və qənnadı məhsulları, 8,3 kq balıq və balıq məhsulları qəbul etməlidir. 

Xarici ölkələrdə istehlak həcmləri ilə müqayisə etdikdə aydın olur ki, ərzaq məhsullarının istehlak miqdarı daha çox insanların gəlir səviyyəsindən asılıdır. Burada müəyyən qədər qidalanma mədəniyyəti də öz təsirini göstərir. Məsələn, Azərbaycan ət istehlakına görə, Qırğızıstan, Moldava, Türkmənistan, Özbəkistandan ciddi fərqlənmir. Amma inkişaf etmiş Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya ilə müqayisədə ət istehlakına görə çox geridə qalır. Həmin ölkələrdə adambaşına illik ət istehlakı 100 kq-dan az deyil. 

Digər ərzaq məhsulları üzrə baxdıqda Avstrayada illik 360 kq, Almaniyada 436 kq, Fransada 420 kq süd istehlak olunur. Danimarkada insanlar ildə adambaşına 320 ədəd, Yaponiyada 340 ədəd, inkişaf etmiş digər ölkələrdə 200 ədəddən çox yumurtadan istifadə edilir.  

Azərbaycanda ət, yumurta, süd az istehlak edilsə də, heyvan yağı istehlak səviyyəsinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Yaponiyada 0,7 kq, İngiltərədə 3,7 kq, Niderlandda 3,2 kq, Almaniyada 6,5 kq, Avstrayada 4,8 kq heyvan mənşəli yağ istehlak olunur. 

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...