Azərbaycan, əhalisi ən az balıq istehlak edən ölkələrdən biridir - İldə 7,3 kiloqram...

Azərbaycan, əhalisi ən az balıq istehlak edən ölkələrdən biridir - İldə 7,3 kiloqram...
Azərbaycan, əhalisi dünyada ən az balıq və balıq məhsulu istehlak edən ölkələrdən biridir. Rəsmi məlumatlatlara əsasən, ötən il ölkəmizdə adambaşına düşən balıq istehlakı 7,3 kq olub. 2010-cu ildə bu göstərici 6,9 kq idi. Son 10 ildə adambaşına istehlakın artmasına baxmayaraq, Azərbaycan əhalisi yetəri qədər balıq istehlak etməyən ölkələrdən hesab olunur. 

Sfera.az bildirir ki, dünyada adambaşına illik balıq istehlakı orta hesabla 15 kiloqram ətrafında dəyişir. Ölkəmizdə istehlak səviyyəsi dünya ortalamasından 2 dəfə aşağıdır.

Dünyada ən çox balığı Maldivlər istehlak edir. Adalardan ibarət olan ölkədə ildə adambaşına 130-140 kq balıq və balıq məhsulu yeyilir. Yaponiya, İslandiya və Norveç əhalisi də çox balıq istehlak edən ölkələrdən hesab edilir. Bu ölkələrdə adambaşına istehlak 60-80 kq-dır. Avropa əhalisi bir ildə adambaşına təxminən 25 kq, ABŞ-da 26 kq balıq istehlak edir. Türkiyədə isə istehlak 7-8 kq-dır. 

Azərbaycanda balıq və balıq məhsulları istehlakının az olmasının əsas səbəbi yerli istehsalın daxili tələbi ödəyə bilməməsi və qiymətlərin yüksək olmasıdır.  
2020-ci ilə aid olan məlumatlara əsasən, balıq və balıq məhsullarına olan tələbin 20 faizi idxal hesabına ödənilib. Ötən il balıq və balıq məhsullarına olan illik tələbimiz 75 min ton olub. Bunun 61,2 min tonu yerli istehsal, 14,5 min tonu idxal hesabına təmin edilib. 

Ölkəmiz ərzaq məhsulu kimi 73,2 min ton balıq və balıq məhsulu istifadə edib. Daha 1374 ton məhsul isə qeyri-ərzaq məhsullarının istehsalına yönəldilib. 
Balıq və balıq məhsullarının istehsalı 2016-cı ilə qədər nəzərəçarpacaq dərəcədə artsa da, sonrakı illərdə istehsal səviyyəsi sabit olub. On il əvvələ nisbətən istehsal 18 min ton artaraq 63 min tona çatıb.

Balıq istehsalının artması ilə paralel olaraq istehlak da artdığından idxal məhsullarına tələb hələ də böyükdür. Buna görə də daxili bazarda qiymətlər yüksəlir. Qiymətlərin yüksək olması balıq istehlakına mənfi təsir edir. 
Ötən il Azərbaycan əhalisi balığa 482,35 milyon manat xərcləyib. Beş il ərzində balığa çəkilən xərc 108 milyon manat və ya 29 faiz artıb. Artımda əsas rolu bahalaşma oynayıb. Balıq məhsullarına 47 milyon manat xərclənib. Bu məhsullara çəkilən xərc isə təxminən 2 dəfə artıb. 

Vasif
Sfera.az
 


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi - FOTOLAR

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub. Sfera.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkonik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon...

Yasamalda şəhid Feyruz Hacılının il mərasimi keçirildi - FOTOLAR

Bu gün Yasamal rayonunun ictimaiyyəti 44 günlük Vətən Müharibəsinin şəhidi Feyruz Hacılını il mərasimində yad edib.   Sfera.az xəbər verir ki, şəhid əsg...

Bəxtiyar Hacıyev saxlanılıb? - DİN-dən açıqlama

İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılması barədə məlumat yayılıb. Onun Səbail RPİ-nin 9-cu Polis Bölməsində olduğu bildirilib. Sfera.az xəbər verir ki,...

İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olundu - FOTOLAR

İsmayıllı rayonunun Talıstan kəndindən olan şəhid Səməd Hüseynzadənin ad günü məzarı yanında qeyd olunub.   Sfera.az xəbər verir ki, mərasimdə Rayon İcr...

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları AÇIQLADI

Füzuli əməliyyatı Azərbaycanın həyata keçirdiyi hərbi hərəkatın uğurla ikinci mərhələyə keçməsinin başlanğıcıdır. Sfera.az xəbər verir ki, bunu açıqlaması...

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 591 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata gö...