Azərbaycan dövləti yanmış Təbriz bazarının bərpasını təklif etməlidir – MİLLƏT VƏKİLİ

Azərbaycan dövləti yanmış Təbriz bazarının bərpasını təklif etməlidir – MİLLƏT VƏKİLİ
 

Təbrizin dünyaca məşhur "Qapalıbazar”ında yanğın baş verib. İran mətbuatının yazdığına görə, mayın 8-i gecə 22:40 radələrində başlayan yanğın zamanı təxmini hesablamalara görə 200-dən çox obyekt yanıb, 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Qeyd edək ki, Təbriz bazarı ehtimallara görə eramızın 4-cü əsrində inşa edilib. Miqyasına görə dünyada yeganə tikilidir. 2010-cu ildə isə YUNESCO tərəfindən dünya mirası siyahısına daxil edilib.

 

Bəs, Azərbaycan dövləti tarimizin incilərindən olan Təbriz bazarının təmiri üçün yardım təklifi verə bilərmi? Dünyanın bir çox ölkələrində tarixi abidələrin bərpası üçün maddi yardımını əsirgəməyən Azərbaycan dövləti bununla həm də soydaşlarımıza mənəvi dəstəyini göstərmiş olar.

 

Mövzuyla bağlı Sfera.az-a danışan millət vəkili Fazil Mustafa belə bir ideyanı dəstəklədiyini bildirib: "Əlbəttə, belə bir təkliflə çıxış etmək olar. Bunu bir təklif olaraq irəli sürmək mümkündür. Bizdə daha yaxşı bərpaçılar var və s. Amma bu kimi məsələləri dövlətlərarası münasibətlər səviyyəsində həll etmək lazımdı”.

 

F.Mustafanın fikrincə, Azərbaycan dövlətinin belə təklifi orada yaşayan soydaşlarımız üçün mənəvi dəstək olar: "Hər halda belə bir təklifə razılıq verilməsə belə bu mənəvi bir jest mahiyyəti daşıyacaq. Bu İrandakı soydaşlarımıza Azərbaycanın onların durumuna duyarlı yanaşdığını göstərən addım olar”.

 

 

Rəşad

Sfera.az


OXŞAR XƏBƏRLƏR