Azərbaycan düşmənlə sərhəddə, düşmənə xidmət edənlə daxildə döyüşür

Azərbaycan düşmənlə sərhəddə, düşmənə xidmət edənlə daxildə döyüşür
 

Münasibətlərin ən alisiqarşılıqsız olandır. Dünyanın hər yerində qəbul etdikləri ideologiya uğrunda təmənnasız mübarizə aparan insanlar var. Onlar seçirlər, qəbul edirlər, sevirlər və uğrunda mübarizə aparırlar. Müxtəlif coğrafi ərazilərdə məskunlaşan 50 milyondan artıq azərbaycanlını da birləşdirən bir dəyər var – Azərbaycan sevgisi! Bu sevgi ərazi tanımır, sərhədsizdir. Ruhu, əxlaqı, dili, dini etiqadı, dünya görüşü və davranışı ilə təmizdir. Bir alimin Vətənə sevgisi etdiyi ixtiralar qədərdir, bir yazıçının sevgisi isə ölkəsinin mədəniyyətini, milli adət-ənənəsini, soy-kökünü, dilini və dinini tanıtdığı qədər. Bu hiss ən ümdə dəyərdir, onu nə almaq olar, nə də yaralamaq. Azalıb-artmayan, olduğu qədər qalan bütün hislər gözəldir, müqəddəsdir.

Hər kəs potensialı qədər sevir dövlətini. Peşəsinin sahibi olan şəxs onu təqdim etdiyi formada vətənsevərdir. Məsələn, erməni əsilli rəqibini məğlub edərək dünya çempionu olan Rəsul Çunayev Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandıracaq qədər vətənpərvərdir. Azərbaycan şahmatını dünya səviyyəsində tanıdan Vüqar Həşimov da eyni qədər fədakar idi. Yaxud Azərbaycanı rəsmləri ilə dünyaya sevdirən Səttar Bəhlulzadənin Vətən sevgisi də bacarığı qədərdir. Azərbaycanın müxtəlif formalardakı təqdimatları vahid ideologiyaya – ölkəmizin yüksək səviyyədə təqdimatına xidmət edir.

Kimi əqli olaraq Azərbaycanı tanıtmaqla onu qoruyur, sahibinin özü olduğunu, ərazi hüdudlarını sübut edir, kimi də fiziki olaraq səngərdə döyüşür. Hər biri bizim üçün dəyərdir, müdafiə və hörmət etməli olduqlarımızdır. Bu yerdə şair Rəfail Tağızadə Qarabağ qazisi poemasında səngərdə döyüşən qaziləri belə ifadə edir:

"Göylərə ucalantək qoloynayır yanındaoynayan bir xəyal qolla”

Vətəni tanıdan da onu qoruyur, Vətən üçün canından keçən də.

Ümumiyyətlə, Azərbaycan xalqı tarixən döyüş ruhu yüksək olan xalq kimi tanınıb. Uzağa getməyib sadəcə iyirminci əsrdən danışsaq, iki dünya müharibələrindəki iştirakı, Əfqanıstan müharibəsindəki rolu, Birinci Qarabağ Müharibəsini yada salmaq yetərlidir. Bu xalq üçün dilemma yoxdur; seçim həmişə Vətəndir! Torpağını itirməmək üçün gəncliyini də, ömrünü də fəda etməyi bacarmaqdır.

Şəhidlik! O, qazanılma deyil, qorumaqdır.

Onun tək rəngi var; Vətən!

(Yaxud rütbəsiz ən ali dərəcə!)

Şəhidlər şəhid olacaqlarını gözə alanlardır. Onlar bunu üstünlük deyil, öhdəlik, borc bilərək gözə alıb cəbhəyə gedirlər. Bilirlər ki, müharibə gedən hər iki tərəf döyüşür, düşmənin ilk işi onu öldürməkdir, buna hazırdırlar - öldürməyə də, ölməyə də. Heç kim yaxşı hesab edilsin deyə şəhid olmur, şəhidlik qazanılma deyil, qorumaqdır.

Şəhidlərin də, qazilərin də, veteranların da, hərbçilərin də tək istəyi olub; Ermənistan silahlı qüvvələrinin işğalı ilə onların nəzarətində olan Azərbaycan ərazilərini azad etmək, davam edən etnik münaqişədə işğal altına düşmüş torpaqları geri qaytarmaq.

Azərbaycan iki cəbhədə döyüşür;

düşmənlə sərhəddə,

düşmənə xidmət edənlə daxildə!

Görməyi bacaran və ya görmək istəyən hər kəs bilir ki, hər an hazır vəziyyətdə dayanan xarici qüvvələr məqam – ani tərpəniş gözləyirlər. Onlar bir titrəyişə bənddirlər ki, Azərbaycanın müəyyən kütləsinə təsir edə bilsinlər. Daim bizi izləyirlər və bizdən onlara ən yararlı "humanistləri” maliyyələşdirməyə hazırdırlar. Onlar üçün fərq etmir bunlar Sevinclərdir, ya Orduxanlar. Mənliyini satmağa hazır olan hər kəs onların həm sevincidir, həm də ordusu.

Hər fürsətdə Azərbaycan Ordusu haqqında dezinformasiyalar yayaraq xalqın həssas təbəqəsini idarə etməyə çalışırlar. Onlar milyonlarla Azərbaycan vətəndaşının həmrəyliyindən narahat olub xalq-hakimiyyət birliyinə zərbə vurmaq istəyirlər.

Bacarırlarmı? Təəssüf ki, istədikləri qədər olmasa da, çalışdıqları qədər bacarırlar! İki həftə öncəki hadisələr elə vüsət almışdı ki, az qala Ermənistanın Qarabağ bölgəsindən uzaq, münaqişə episentrindən tamamən kənarda törətdiyi növbəti təxribatını unudaq. Ancaq xalqın böyük coşqu ilə Azərbaycan Ordusuna dəstək nümayiş etdirməsi, ordu haqqındakı təxribatçı fikirlərə uymaması, mətbuatda və sosial mediada erməni maraqlarına xidmət edən mövqelərə layiqli cavab verməsi sayəsində həmrəyliyimizə kölgə düşmədi.

Azərbaycanın ordusunu - əsas güc strukturunu "başsız” qoymaq istəyən xarici qüvvələr müxtəlif formada şayiələr yaysalar da, sıravi vətəndaşından ziyalısına kimi hər kəs xalqı maarifləndirmək istiqamətini seçdi. Nəticədə də təxribatçıların hədəfləri hərbi ekspertlərə yönəldi. Onlar ekspert rəylərini gözdən salmaq, onların ictimai nüfuzlarına xələl gətirməklə insanların onlara olan inamını azaltmağa çalışdılar, ancaq alınmadı. 25-30 il orduda xidmət etmiş, döyüşlərin ağını da, qarasını da görən hərbçi üçün düşmən dəyirmanına su tökən sözdə ekspertlərin 4 illik diplomunu haradan alması hələ də sual altındadır...

Yaxın keçmişə nəzər salsaq, oxşar hadisələrin şahidi olarıq. Bunun da bariz nümunəsi – Birinci Qarabağ Müharibəsinin qızğın döyüşlər gedən vaxtında müxtəlif qüvvələrin Vətəni yox, hakimiyyəti ələ keçirməyi düşünmələridir. Onlar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını uğurlu əməliyyatlarla azad edən ordu rəhbərliyinə qarşı qarayaxma kampaniyası apararaq, Silahlı Qüvvələrdə pərakəndəlik yaratmağa çalışırdılar. 1990-cı illərin əvvəllərində buna müəyyən mənada nail olan separatçı qüvvələr hazırda da oxşar vəziyyət yaratmaq istəyirlər. Unudurlar ki, nə dövr həmin dövrdür, nə də ordu həmin ordu. Təxribat törədən o insanlar və onların davamçıları Azərbaycan dövlətini, onun Prezidentinin dünyadakı nüfuzunu gözü götürməyənlərdir. Xarici qüvvələr Vətən xainləri ilə xalqımızı bölmək istəyirlər. Onlar müxtəlif yalan məlumatlarla daxili qarşıdurma yaratmağa səy göstərirlər.

Unutmaq olmaz, biz yalnız Dağlıq Qarabağı və ətraf əraziləri işğal etmiş erməni işğalçıları ilə döyüşməliyik. Həm sözlə, həm də silahla!


OXŞAR XƏBƏRLƏR

Banklar dollar alışını yenidən artırır – Apreldə tələb 500 milyon dolları keçə bilər

Azərbaycanda bu ilin fevralında dollara tələbin yüksəlməsindən sonra martda ciddi azalma qeydə alınmışdı. Martdakı azalmadan sonra apreldə dollara tələbdə yenid...

Polisdən böyük ƏMƏLİYYAT - 21 əcnəbi SAXLANILDI - FOTO

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miq...

Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu İMZALADI - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova və Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan (Rock Wamytan) Əməkdaşlıq Memorandumu imzalayıblar.   Sfera.a...

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...