Azərbaycan dünya səhiyyə reytinqində region ölkələri arasında liderdir

Azərbaycan dünya səhiyyə reytinqində region ölkələri arasında liderdir
Nüfuzlu "The Lancet” jurnalı tərəfindən davamlı inkişafın tibbi göstəriciləri üzrə tərtib edilən dünya reytinqində Azərbaycan 75-ci yeri tutub.

Tibb, həyat və sağlamlıqla bağlı olan davamlı inkişaf göstəriciləri üzrə ölkələrin reytinqi 0 (ən pis nəticə) 100 balarası şkala ilə qiymətləndirilən 33 göstərici üzrə ümumi hesablama əsasında tərtib edilib.

Azərbaycan reytinqdə orta hesabla mümkün 100 xaldan 63 xal toplayaraq 75-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan regionun digər ölkələrini geridə qoyub. Belə ki, reytinqdə Rusiya 119-cu, Türkiyə 103-cü, İran 104-cü, Gürcüstan 106-cı, Ermənistan isə 86-cı yerdə qərarlaşıb.

Reytinq tərtib edilərkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqollu içki və tütün məmulatlarından istifadə, HİV, vərəm və hepatit B xəstəliyinə yoluxma, intiharların sayı və s. amillər nəzərə alınıb. Hər bir meyar üzrə qiymətləndirmə 1990-2015-ci illər aralığında olan vəziyyətin təhlili əsasında həyata keçirilib.

Reytinq siyahısına İslandiya başçılıq edir. İlk beşliyə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya daxil olub. Sonuncu, 188-ci yeri isə Mərkəzi Afrika Respublikası tutub.
 
 
Oxu.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR