No Image
No Image

Azərbaycan dövlət sərhəddini pozan 13 erməniyə hökm oxundu

Azərbaycan dövlət sərhəddini pozan 13 erməniyə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 13 üzvünə hökm oxunub.

Sfera.az xəbər verir ki, bu iş üzrə Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviç ittiham edilir.

Hakim Eldar İsmayılovun hökmü ilə onların hər birinə 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Onların ittiham olunduğu maddələr içərisindən Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələri çıxarılıb.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.

Rəsmi açıqlamaya görə, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentin yeni vəzifə verdiyi general Osmanov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Osmanov Nizam Ramazan oğlu Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hə...

General-polkovnik Vaqif Axundovun rəis bacısı oğlu həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev həbs edilib. Sfera.az xəbər verir ki, bu barədə Gu...

Ölkəmizdə koronavirusa yoluxanların sayı 300 nəfəri keçdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

Əlilliklə bağlı YENİLİK - Prezident təsdiqlədi

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də...

Operativ Qərargahdan toy edənlərə müraciət - Sərt tədbirlər görüləcək... - VİDEO

Demək olar ki, hər gün respublika ərazisində bir neçə şadlıq sarayının qaydaları pozması ilə bağlı faktlar aşkar edilir. Sfera.az Xəzər TV-yə istinadən xə...

Sürücülərin nəzərinə! Bu xətalara görə CƏRİMƏ ÖDƏNİLƏCƏK

Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimənin ödənilməsi təmin olunacaq. Sfera.az-ın məlumatına g...