\"Azərbaycan Dəmir Yolları\" inzibati binasında dezinfeksiya işləri aparıb

\

"Azərbaycan Dəmir Yolları” QSC-nin əsas inzibati binasında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.

Sfera.az xəbər verir ki,  bu barədə report-a qurumdan bildirilib.

Məlumata görə, dezinfeksiya işləri işçi otaqlarda və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitariya qovşaqlarında və s. yerlərdə aparılıb.

Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11

Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirləri davam etdirilir. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.



OXŞAR XƏBƏRLƏR

MÜTDA direktoru qəbulun elektronlaşdırılmasından DANIŞDI

"Məktəbdənkənar təhsil müəssisələri üçün də qəbulun elektronlaşdırılmasını hədəfləyirik".   Sfera.az xəbər verir ki, bu barədə Məktəbə...

Kadırov Rusiya DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiya Daxili İşlər Nazirliyinin yeni rəhbəri ola bilər.   Sfera.az bildirir ki, bu barədə Rusiyada fəaliyyət göstərən “Tsarqrad...

Rusiya əməliyyatları gücləndirdi: Ukraynanın bu şəhərini işğal etməyə çalışır 

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən Çasov Yar şəhərini işğal etməyə çalışır.  Sfera.az UNİAN-a istinadən xəbər veri...

40 vəzifəli şəxs İŞDƏN ÇIXARILDI - RƏSMİ

"Təhsil müəssisələrində monitorinqlər davam edir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin di...

Ukraynada öldürülən rus əsgərlərinin sayı AÇIQLANDI

Ukrayna müharibəsinin ikinci ilində 27 mindən çox rus əsgəri həlak olub.   Sfera.az bildirir ki, bu barədə “BBC” araşdırma aparıb. &n...

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzərdə tutulan beş ...